19 C
Baku
12 Oktyabr 2025, 21:40
Sosial

Azərbaycan Autizm Assosiasiyasında ilin yekun tədbiri keçirilib.

Bugun.tv xəbər verir, Azərbaycan Autizm Assosiasiyası ilin yekunları ilə bağlı tədbir keçirib. Autizmli uşaqların, onların valideynlərinin və təlimçilərin iştirakı keçirilən görüşdə millət vəkilləri, ictimai xadimlər, tanınmış idmançılar və digər fəxri qonaqlar iştirak ediblər. Tədbirin əvvəlində il ərzində Azərbaycan Autizm Assosiasiyasının keçirdiyi tədbirlər, yerli və beynəlxalq yarışlar barədə qonaqlara məlumat verilib, bu haqda videoçarx göstərilib. Azərbaycan Autizm Assosiasiyanın sədri Elnur Məmmədli açılış nitqində cari ilin uğurlarından danışıb. Assosiasiyasının vitse-prezidenti, millət vəkili Jalə Əhmədova autizmli uşaqların və ailələrin həssas qrup olduğunu və cəmiyyətin xüsusi diqqətini tələb etdiyini bildirib.

Tədbirdə 2023-cü ildə fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizmli idmançılara hədiyyələr verilib. Rəsmi hissənin ardınca tədbir bəddi hissə ilə davam edib. İncəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

 

Oxşar xəbərlər

3–5 iyul 2025-ci il tarixlərində Berlində 35-ci Qlobal Qadın Sammiti keçirildi

Aynur Camal

Ramazanın 20-ci gününün duaları

Kəmalə Sultan

UNAIDS-in İcraçı direktoru ilə görüş keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu