Dünyaİdman

Futbol əfsanəsi Pele xərçəngə qarşı mübarizəni dayandırır-FOTOLAR

Bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya millisinin sabiq futbolçusu Pele ailə üzvləri ilə vidalaşıb.

San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən üçqat dünya çempionunun vəziyyəti daha da ağırlaşıb. Əfsanəvi oyunçu videozəng vasitəsilə yaxınları ilə sağollaşıb. Ailə üzvləri üçqat dünya çempionunun durumunun kritik olduğunu bildiriblər.Pelenin doğma komandası olan Braziliyanın “Santos” klubu isə artıq onun ölümünə hazırlaşır. Belə ki, komandanın stadionunda artıq Futbol Kralına həsr olunmuş qızıl tabut qoyulub.

Əfsanəvi keçmiş forvard yaxın bir neçə saat ərzində dünyasını dəyişərsə, arenanın azarkeşlərin toplaşacağı yerə çevriləcəyi gözlənilir.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, Pelenin vəziyyətinin pisləşdiyini eşidən ailəsi hazırda onun yanına toplaşıb.Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Bugün TV

Oxşar xəbərlər

Bu gün Pakistanın Müdafiə Günüdür

Elnarə Dərziyeva

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu