Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələnin əsasını
Baş xəbərSiyasət

“Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı yeni mərhələyə keçir”

Bugun.tv– xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında  Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Vüqar Bayramovun sözlərinə görə, prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan ilə BƏƏ arasında siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq artıq geniş spektrli və dayanıqlı xarakter alıb.

Deputat qeyd edib ki, strateji tərəfdaşlıq ticarət əlaqələrində də öz müsbət təsirini göstərir. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsi Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradır və ixracın şaxələndirilməsinə şərait formalaşdırır.

Paylaşımda vurğulanıb ki, BƏƏ Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracında önəmli tərəfdaşlardan birinə çevrilməkdədir. Eyni zamanda, qarşılıqlı investisiya əlaqələri, xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin strateji xarakterini daha da gücləndirir.

Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələnin əsasını qoyur və uzunmüddətli iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq.

Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələnin əsasını
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələnin əsası
Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu