Baş xəbər

Azərbaycan ilə Macarıstan arasında birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Macarıstanla tərəfdaşlığa önəm verdiyi, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafına geniş imkanlar açdığı vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, investisiyaların və ticarətin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Meşə yanğınını idarə etmək mümkün deyil

Aynur Camal

Millət vəkilləri Şimali Kiprin 41-ci ildönümündə – FOTOLAR

Aynur Camal

Malayziyanın Milli Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu