Baş xəbərSiyasət

Azərbaycan ilə Türkiyə orduları arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq müzakirə olunub

Bugun.tv xəbər verir ki, Avqust ayının 8-də Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər. Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yalçın Topçu Azərbaycanı təbrik edib

Aynur Əfəndi Zadə

Sevimli ördək şəklində sabun dispenseri

Aynur Camal

Şahzadə Yuriko vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu