Bugun.tv xəbər verir ki, Kayseridə bazara silahlı hücum olunaraq aralarında düşmənçilik iddia edilən 2 nəfərin silahlı hücumu nəticəsində 2 marketçi yaralanıb. Kayserinin Kocasinan rayonundakı bazarda biznesmen olan Harun K. və İbrahim E. düşmənçilik etdikləri iddia edilən Abdullah T. və Kerem T.-nin avtomobillərindən tapançadan atəş açması nəticəsində yaralanıb. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Tibb əməkdaşlarının ilk müdaxiləsindən sonra başından və ayağından yaralandığı təsbit edilən marketçilər Kayseri Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə yerindən qaçan şübhəlilərin tutulması üçün polis işə başlayıb.
Müxbir: İntizar Əmirova
Mənbə: TRT Haber