Siyasət

Azərbaycan işğaldan azad etdiyi ərazilərində 107 minanı zərərsizləşdirib

Bugün.tv bildirirki,   Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA)  erməni işğalından azad edilmiş ərazilərdə minalardan təmizləmə əməliyyatlarını davam etdirir.

ANAMA-dan  verilən məlumata görə,  iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında aparılan minalardan təmizləmə əməliyyatları zamanı 96 piyada əleyhinə və 11 tank əleyhinə mina, o cümlədən 685 partlamamış hərbi sursat (PHS) götürülərək  zərərsizləşdirilib.  Agentlik əlavə edib ki, nəticədə 544 hektara yaxın ərazi mina və PHS-lərdən təmizlənib.

Bugün TV

Oxşar xəbərlər

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

Tramp Ukraynaya Patriot raket istehsalını vəd etdi: Ekspertlər 12 aylıq gecikmə barədə xəbərdarlıq edir

Aynur Camal

Hormuz boğazında tanker trafiqi azaldı: ABŞ və İran arasında toqquşmalardan sonra gərginlik artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu