36 C
Baku
20 İyul 2025, 15:24
Baş xəbərMədəniyyət

“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir 

Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir.

Bugun.tv-yə Mədəniyyət Nazirliyindən daxil olan məlumata əsasən, forum nazirliyin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı  aprelin 20-21 tarixlərində baş tutacaq.

“Ümid edirik ki, kinoforum da maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq” – bunu tədbiri giriş sözü ilə açan nazir vurğulayıb:

“Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir.

Qeyd edim ki, teatr və kino forumlarından əlavə, “Heydər Əliyev İli” çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçirəcəyik. Bu tədbirlərdə mütəxəssislərin irəli sürdüyü təkliflər təhlil olunaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Azərbaycan mədəniyyətinin 2040-cı ilədək inkişafı ilə bağlı strategiyada nəzərə alınacaq”.

Daha ətraflı: culture.gov.az

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Kolumbiyanın dövlət məmurlarına və onların ailə qohumlarına viza məhdudiyyəti qoyur

Aynur Camal

Evlilik təklifini qeyd etmək istəyən gənc qadın uçurumdan yıxıldı

Bugün TV

Dənizdə boğulma təhlükəsi ilə üzləşən ailə həyatını itirdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu