Bugün.tv Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, cari ilin oktyabr ayında Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilməsi planlaşdırılır.
Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb və keçiriləcək iclasla bağlı təşkilati məsələlər müzakirə olunub.
Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.