24 C
Baku
24 İyun 2025, 21:15
Baş xəbərDigər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb

Bugün.tv Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, cari ilin oktyabr ayında Bakıda  MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilməsi planlaşdırılır.

Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb və keçiriləcək iclasla bağlı təşkilati məsələlər müzakirə olunub.

Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Aynur Camal

Oxşar xəbərlər

Təhsilin Keyfiyyətinə Zəmanət Agentliyi vətəndaşlara müraciət edib

Aynur Camal

“Məktəbli uşaqların qidalanması zehni və fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır”

Aynur Camal

“Bu gün Tv”nin jurnalisti Mehriban Bəylərqızı Türkiyədə mükafatlandırıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu