1 C
Baku
14 Yanvar 2025, 3:49
Baş xəbərSiyasət

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub 

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazisi 111,3 hektardır.

Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq.

Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək.

Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq.

Dövlətimizin başçısı kəndin inkişaf planından bəhs edən videoçarxa baxdı.

Prezident İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Torakal cərrahiyyə əməliyyatı nədir?

Aynur Camal

Qəsb dəstəsinə qarşı əməliyyat oldu: 12 həbs var

Bugün TV

“Xəzər dənizinin quldurları” uşaq teatr tamaşası!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu