11 C
Baku
20 Mart 2023, 22:57
İdman

Azərbaycan Vinq Çun Federasiyası “Heydər Əliyev ili”-nə həsr olunan “Açıq Bakı Turniri” keçirib

Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarışda, idmançılar iki versiyada – “vinq çun-kontakt” və “vinq çun-taolu” üzrə gücünü sınayıblar. Ümumilikdə 21 çəki dərəcəsində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında gərgin mübarizə gedib.

Yarışın açılış mərasimində bir sıra federasiya rəsmiləri, TV və mediya nümayəndələri, veteran idmançılar iştirak ediblər. Federasiyanın prezidenti, Respublikanın əməkdar məşqçisi Asif Sayadov açılış nitqi ilə çıxış edərək Ulu öndərin həyatından, onun idman siyasətindən gənc idmançılara məlumat verib. Eyni zamanda gələcək aylarda keçiriləcək mötəbər yarışlardan danışıb.

Daha sonra Federasiyanın vitse-prezidenti Mahmud Mehtioğlu, Baş hakim Şahin Mustafayev, Baş məşqçi Arzuman Rəsulzadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnirdə federasiyanın üzvü olan klub və filiallardan ümumilikdə 200-ə yaxın atlet iştirak edib.

Oxşar xəbərlər

Həmyerlimiz bir ildə 6 Finisher medalı qazanıb

Aynur Əfəndi Zadə

“Qarabağ”ın Belçikaya səfər proqramı açıqlandı

Nigar Məmmədova

Brazilya Ciu-Citsu üzrə turnir başlayır

Nigar Məmmədova

Şərh yazın