Hadisə

Azərbaycanda daha 43 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bugun.tv-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, 9 978 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

Ölkədə son sutka ərzində 2 235, hazırkı dövrədək isə 7 373 658 test aparılıb.

Bugün TV

Oxşar xəbərlər

Ananın diqqəti faciənin qarşısını aldı

Aynur Camal

Dəhşətli vulkan: 3 alpinist öldü, 10 nəfər itkin düşüb- VİDEO

Aynur Camal

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu