Baş xəbərSosial

“Azərbaycanda məişət zorakılığının qarşısını almaq getdikcə çətinləşir” – EKSPERT ÇAĞIRIŞ ETDİ

“Qadınlara qarşı zorakılıq çox böyük qlobal hadisədir. Bu həm də ciddi qanun pozuntusudur. Təəssüf ki, əksər hallarda cəzasız qalır. Bu gün Azərbaycanda məişət zorakılığının qurbanları ən çox qadın və uşaqlardır. Bu halın qarşısını almaq təəsssüf ki, getdikcə çətinləşir”.

Bu sözləri Bugun.tv-yə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov deyib. Ekspert vurğulayıb ki, məişət zorakılığının qarşısının alınması haqqında qanuna əsasən, məişət zorakılığını yaxın qohumluq münasibətlərindən birgə, yaxud əvvəllər birlikdə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və mənəvi zərər vurmasıdır.

“Bu əməldən zərər çəkən şəxslər, birgə yaşadığı ailə üzvləri, yaxın qohumu, qanuni nigahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, pisixi və iqtisadi, cinsi zorakılıq hərəkətlərinə məruz qalanlardır”, – F.Əkbərov qeyd edib.

Ekspert onu da bildirib ki, məişət zorakılığın qarşısını almaq üçün mühafizə orderlərinin verilməsi əsasdır. Bu order belə halların qarşısının alınması məqsədilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında ona mümkün təhlükədən qorunmaq üçün verilir.

“Qanunvericiliyə əsasən, Azərbaycanda zərərçəkmiş şəxsə iki cür – qısamüddətli və  uzunmüddətli order verilir. Qısamüddətli mühafizə orderi 24 saat ərzində zərərçəkmiş şəxsin qeydiyyatda olduğu müvafiq icra orqanı tərəfindən 30 gün müddətində verilir. Bu zaman məişət zorakılığı törətmiş şəxsə bu əməlin təkrarlanması üçün xəbərdarlıq edilir. Bundan əlavə zorakılıq etmiş şəxsin zərər verdiyi şəxsi izləmək və narahatlıq gətirən digər hərəkətlərə yol vermək qadağandır. Əgər bu qaydalara riayət edilməzsə, o zaman şikayətci uzun müddətli mühafizə orderi ala bilər. Bu isə yerli məhkəmələr tərəfindən 30 gündən 180 gün müddətində verilir”, – birlik sədri vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Dünyanın ən yaşlı pişiyi 33 yaşında dünyasını dəyişdi

Aynur Camal

Kanada Ukraynaya 350 milyon dollar kredit verib

Aynur Camal

29 sakin işlə təmin edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu