25 C
Baku
27 İyul 2024, 17:13
Baş xəbərHadisə

Azərbaycanda qızına əxlaqsız videolar göndərən ataya hökm oxundu!

Bugun.tv xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib.

Məlum olub ki, Samir 2009-cu il təvəllüdlü qızı Naziləyə (ad şərtidir)  2020-ci ildən 2023-cü ilədək seksual xarakterli, əxlaqsız hərəkətlər edib. Bundan başqa, qızına pornoqrafik videolar göstərərək eynisini ondan tələb edib.

Yeniyetmə isə bu durumu heç kimə açıqlaya bilməyib. Belə ki, Nazilə ona heç kimin inanmayacağını düşünüb. Atasının əxlaqsız davranışlarından təngə gələn yeniyetmə, özünü sübut etmək üçün sonda valideyninin səsini telefona yazıb. Daha sonra isə səsyazmanı vatsapda anasına göndərib. Qızın anasının ilk müraciət etdiyi ünvan isə DİN-in “102” xidməti olub.

Bütün bunlara baxmayaraq, Nazilə məhkəmədə atasından şikayətçi olmadığını, onunla barışdığını bildirib və valideyninə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəməyə sədrlik edən Bilal Məmmədov isə qanuna uyğun davranaraq, məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin vacibliyi ilə bağlı qərar verib.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 53 yaşlı Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib.

Telegram │Xəbər

Bugün TV

Oxşar xəbərlər

Fabrikdə yanğın baş verdi

Bugün TV

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Elnarə Dərziyeva

Argentina millisi Messidən sonra 10 nömrəli formadan istifadə etməyəcək

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu