29 C
Baku
28 İyun 2025, 20:25
Digər

Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bugun.tv-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 499 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 269 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 382 375 test aparılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ermənistanda hərbi müstəntiqlərə avtomat silah gəzdirmək hüququ veriləcək

İntizar Əmirova

“Arka Sokaklar”ın “Mesut komissar”ı evləndi – FOTO

Kəmalə Sultan

Avropa İttifaqı Apple-i 500 milyon avro cərimələyəcək

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu