25 C
Baku
27 İyul 2024, 7:28
Digər

Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bugun.tv-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 499 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 269 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 382 375 test aparılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Fabrik yandı 4 nəfər tüstüdən zəhələndi

Kəmalə Sultan

Leysan yağışların səbəb olduğu daşqınlarda ən azı 32 nəfər öldü

Teymur Əziz

“Məqsəd əlil qadınlar və qızlarla ünsiyyətin necə qurulmasını aşılamaqdır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu