25 C
Baku
27 İyul 2024, 7:34
Baş xəbər

Azərbaycanın Çindəki səfirliyində səsvermə başlandı

Bugun.tv xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkilərində səsvermə başlanıb.

Bu barədə “Report”a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.

“Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkiləri ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkilərə bayram əhval ruhiyyəsində qatılırlar” Azərbaycanın diplomatik missiyası vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Milli Oftalmologiya Mərkəzi Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi

Aynur Camal

Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub – VİDEO

Aynur Camal

61 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu