Baş xəbərSiyasət

Azərbaycanın İsraildəki səfiri: “Dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”

Bugun.tv xəbər verir ki, İsraildə dinc əhaliyə qarşı terrorlar səngimək bilmir.

“Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir.

Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, – səfir sosial şəbəkə hesabına yazıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

CNN: Donald Tramp İranla bağlı milli təhlükəsizlik qrupunun iclasını keçirib

Aynur Camal

ABŞ Dövlət Departamentində yüzlərlə diplomat işdən çıxarıldı

Aynur Camal

Vüqar Bayramov: WUF13 Azərbaycanın iqtisadi və investisiya potensialının təqdimatı baxımından mühüm platformadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu