12 C
Baku
3 Dekabr 2025, 14:20
Baş xəbərDünyaSəhiyyə

Azərbaycanın səhiyyə naziri Türkiyəli həmkarını təbrik etdi

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəli həmkarı Fahrettin Kocaya yenidən nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“2023-cü il mayın 28-də keçirilən seçkilərdə qardaş Türk xalqı tərəfindən cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi hər bir Azərbaycanlını sevindirir və qürurlandırır.
Formalaşan yeni hökumətdə yer almanız münasibətilə Sizi təbrik edirik. Son illərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar nəticəsində qardaş ölkənin səhiyyə sistemi dünyada ön plana çıxıb və əhalinin sağlamlıq göstəricilərində mühüm irəliləyişlər əldə olunub.
Ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığa verdiyiniz dəstəyə görə məmnunluğumuzu ifadə etməklə yanaşı, birgə uğurlu işlərimizin bundan sonra da davam edəcəyinə inanırıq.
Səhiyyə naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi bir daha təbrik edir, vəzifənizdə uğurlar arzulayır, nazirliklərimiz arasındakı peşəkar münasibətlərin xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verəcəyinə əminliyimizi bildiririk”.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-ın Rusiyaya sanksiyaları yetərli deyil..

Aynur Camal

Yolu bağladılar, şəxsiyyət vəsiqələrini yoxladılar və çoxlu sərnişin və sürücüləri öldürdülər!

Aynur Camal

Məlahət İbrahimqızı şəhidin doğum günündə iştirak etdi – FOTO / VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu