33 C
Baku
20 İyul 2025, 19:57
Baş xəbər

Azərbaycanlı iş adamından Türkiyəyə böyük dəstək

Bugun.tv  xəbər verir ki, azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov Türkiyəyə yardım kampaniyasında iştirak edib.

Belə ki, M.Mənsimov efirdə Hülya Avşara zəng edərək “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib. Hülya Avşar ianələri qeyd edərək onları canlı efirdə səsləndirib.

Bunlar 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarət şəhərcik, 100 evin tikilməsinə sponsorluq və 500 tələbəyə təhsil dəstəyindən ibarət olub.

Qeyd edək ki, bundan başqa, “Palmali Holding”in zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 25 milyon TL-ni ötüb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İndoneziyada Ruanq vulkanı püskürüb

Aynur Əfəndi Zadə

Dövlət işçilərinə və sahibkarlara əlilliyi olan qadınlarla davranış qaydası ilə bağlı təlim keçilib

Elnarə Dərziyeva

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu