Baş xəbərHadisə

Azərbaycanlı tələbələrin cənazələri sabah vətənə gətiriləcək-VİDEO

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında həlak olan azərbaycanlı tələbələrin cənazələri sabah Azərbaycana gətiriləcək.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, hazırda təbii fəlakət zonasından soydaşlarımızın təxliyəsi ilə bağlı yeni məlumat yoxdur.

Qeyd edək ki, Malatyadakı İnenu Universitetinin ölmüş azərbaycanlı tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də aşkar edilib.

Baku TV Türkiyədə zəlzələdə dünyasını dəyişən Şahin Vəliyevin evində olub. Şahin çox ağıllı oğlan idi…

Aynur Camal

Oxşar xəbərlər

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu