neft
Baş xəbərSiyasət

“Azəri-Çıraq-Günəşli” yatağından cari ilin birinci yarısında 68 milyon barel neft çıxarılıb

Bugun.tv xəbər verir ki, bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

AZƏRTAC məlumatına görə, bu barədə BP-nin 2023-cü ilin birinci yarısının yekun hesabatında qeyd edilib.

İlk altı ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (98 000), “Qərbi Azəri” (91 000), “Şərqi Azəri” (61 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 min barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Qeyd olunan dövrdə, həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmış və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Dalğıc gəmisi mövcud 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırıb, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini bitirib.

“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatıb. İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 89 faiz tamamlanıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu