9 C
Baku
21 Dekabr 2025, 15:47
Baş xəbərSosial

“Azərişıq” əməkdaşları 24 saat fəaliyyətdədir

Bugun.tv xəbər verir ki, bayram günləri qeyri-iş günü olsa da, kommunal xidmət əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar.
“Azərişıq” ASCnin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar olaraq, xüsusi gücləndirilmiş iş rejiminə keçiblər.

“Əməkdaşlarımız növbətçilik əsasında 24 saat fəaliyyətdədirlər. Bu, eyni zamanda ölkənin hər yerində çalışan qəza xidmətlərimizə də aiddir. Abonentlərə müraciət edərək bildiririk ki, işıqla bağlı qarşılaşdıqları problemə görə, 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə yaratsınlar. Bu, bütün ölkə üçün keçərlidir və istənilən operatorla pulsuz zəng etmək mümkündür”,- V.Aydınoğlu əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Wikipedia və TikTok qısa faktlarla bir saytda birləşdirilib – WikiTok

Aynur Camal

Aprel çağırışı yekunlaşır

Bugün TV

İran Rusiyaya ballistik raketlər verməsi ilə bağlı iddiaları rədd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu