Bugun.tv-yə daxil olan məlumata görə, 4 sentyabr 2026-cı il tarixində Azərbaycan Autizm Assosiasiyasının rəhbəri Elnur Məmmədli və Assosiasiya üzvlərinin iştirakı ilə Türkiyənin Bayburt şəhərində Bayburt Universitetində görüş keçirilib.
Görüş zamanı autizm və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı fəaliyyət istiqamətləri, həmçinin idman, sosial və psixoloji sahələrdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə Bayburt Universitetinin rektoru Prof. Dr. Mutlu Türkmen, Arkan Akademiyasının rəhbəri Serkan Kılınç və Bayburt Universitetinin dosenti Doç. Dr. Erkan Yarımkaya iştirak ediblər.
Görüşün əsas məqsədi Bayburt Universitetinin bu sahədəki təcrübəsindən faydalanmaq, həmin təcrübələrin Azərbaycanda tətbiqinə dəstək əldə etmək və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək olub.









