İqtisadiyyat

“Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır”

“Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Azərbaycan üçün Avropa ölkələrinə daha çox qaz ixrac etmək imkanı yaranacaq”.

Bugun.tv xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov aprelin 25-də Bolqarıstanda enerji təhlükəsizliyinin gücləndirilməsi və şaxələndirilməsi məqsədilə imzalanan memarandumu şərh edib. O bu haqda facebook hesabında paylaşım edib.

“Qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə və cəmiyyət arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan edirlər.
Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımlar atmaqda davam edir. Bu səylər ölkəmizin dünyada nüfuzunun artmasına da mühüm töhfələr verir”,- Ceyhun Məmmədov şərhində vurğulayıb.
Müxbir:Qaytən Qasımzadə
Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində görülən tədbirlər bir sıra problemlərin həllinə kömək edəcək”

Nigar Məmmədova

Brent markalı neftin bir barelinin qiyməti 82,88 dollardır

Bugün TV

“DSX-nin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması, həm də iqtisadi bütövləşmə mərhələsidir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu