Baş xəbərİdman

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk günündə 2 medal əldə edib

Bugun.tv xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb.

İdman Federasiyasının məlumatına görə, yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında isə 52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu