4 C
Baku
14 Dekabr 2025, 21:38
Baş xəbərİqtisadiyyat

“Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir”

Bugun.tv xəbər verir ki, Milli Məclisin son plenar iclasında “Kosmik Fəaliyyət haqqında” qanun layihəsi müzakirə edilib.

Deputat Vüqar Bayramov müzakirə zamanı sənədin daha da təkmilləşdirilməsi ilə bağlı maddələr üzrə təkliflərini təqdim edib.

O özünün facebook səhifəsində bu barədə paylaşım edib.

V.Bayramovun sözlərinə görə, qanun kifayət qədər strateji sektorda fəaliyyətləri tənizmləyəcək: “2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunduqdan sonra, qısa müddət ərzində ölkəmiz kosmik xidmət göstərən dövlətə çevrildi. Hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir. Bu fəaliyyət genişləndikcə ayrıca qanunun qəbuluna ehtiyac var idi”.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya Xirosima faciəsinin ildönümündə dünya ictimaiyyətinə müraciət etdi

Bugün TV

Soyuzmultfilm sovet cizgi filmlərinin bərpasına başladı

Aynur Camal

Hindistanda seçkilər zamanı ölənlərin sayı 48-ə çatdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu