Baş xəbərİqtisadiyyat

“Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir”

Bugun.tv xəbər verir ki, Milli Məclisin son plenar iclasında “Kosmik Fəaliyyət haqqında” qanun layihəsi müzakirə edilib.

Deputat Vüqar Bayramov müzakirə zamanı sənədin daha da təkmilləşdirilməsi ilə bağlı maddələr üzrə təkliflərini təqdim edib.

O özünün facebook səhifəsində bu barədə paylaşım edib.

V.Bayramovun sözlərinə görə, qanun kifayət qədər strateji sektorda fəaliyyətləri tənizmləyəcək: “2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunduqdan sonra, qısa müddət ərzində ölkəmiz kosmik xidmət göstərən dövlətə çevrildi. Hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir. Bu fəaliyyət genişləndikcə ayrıca qanunun qəbuluna ehtiyac var idi”.

Aynur Camal

Oxşar xəbərlər

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu