4 C
Baku
15 Yanvar 2026, 1:53
Digər

“Azərbaycan xarici borc göstəricisinə görə dünyada ən yaxşı ölkələr sırasındadır”

Azərbaycanın xarici borcunun ÜDM-də payı cəmi 6,3 faiz təşkil edir ki, bu da ölkəmizin iqtisadi müstəqilliyinin gücləndiyini göstərir. Bunu iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində vurğulanan əsas məqamlardan biri də məhz xarici borcun ümumi daxili məhsuldakı (ÜDM) aşağı payı olub:

“Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqilliyin əsas indikatorlarından biridir. Azərbaycanın bu göstərici üzrə 6,3 faizlik səviyyəyə enməsi ölkəmizin maliyyə dayanıqlığının və düzgün borc siyasətinin nəticəsidir”.

Vüqar Bayramovun sözlərinə görə, Maliyyə Nazirliyinin son açıqladığı məlumatlara əsasən, Azərbaycanın xarici borcu 5,299 milyard ABŞ dolları təşkil edir. Son bir il ərzində bu göstərici 1,162 milyard dollar və ya 18 faiz azalıb:

“Bu azalma Azərbaycanın xarici maliyyə öhdəliklərinin effektiv şəkildə idarə edildiyini göstərir. ÜDM-də xarici borcun payının tənzimlənməsi dövlətimizin prioritet istiqamətlərindəndir”.

Deputat bildirib ki, Azərbaycan MDB ölkələri arasında da ən yaxşı göstəricilərə malik dövlətlərdən biridir. Müqayisə üçün, xarici borcun ÜDM-də payı Qırğızıstanda 74 faiz, Özbəkistanda 55 faiz, Qazaxıstanda 54 faiz, Belarusda 50 faiz, Gürcüstanda isə 32 faizdir:

“Azərbaycan həm xarici maliyyə mənbələrindən asılılıq, həm də daxili resursların mobilizasiyası baxımından regionda lider mövqedədir”.

Vüqar Bayramov əlavə edib ki, inkişaf etmiş ölkələrdə də borclanma səviyyəsi sürətlə artır. Belə ki, xarici borcun ÜDM-i Böyük Britaniyada 3 dəfə, Fransada 2,5 dəfə, Almaniyada 1,5 dəfə, Kanadada 1,3 dəfə, İtaliyada isə 1,2 dəfə üstələdiyi müşahidə olunur.

“Xarici borcun optimal səviyyədə saxlanılması Azərbaycanın müstəqil iqtisadi siyasət yürütməsi və təhlükəsizlik yastığının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu