Dünyanın Ən Zəhərli Göbələyi Daha Təhkükəli Oldu
Digər

Dünyanın Ən Zəhərli Göbələyi Daha Təhkükəli Oldu

Alimlər xəbər verirlər ki, “Ölüm Mələyi” (Amanita phalloides) göbələyinin Kaliforniyadakı populyasiyaları Avropadakılardan daha güclü zəhər istehsal etməyə başlayıb.

Bu göbələk göbələk zəhərlənmələrindən ölümlərin təxminən 90%-inə səbəb olur.

Araşdırmanın əsas məqamları:

Göbələk 1930-cu illərdə ABŞ-a gəlmiş və invaziv növə çevrilmişdir.

Kaliforniyadakı göbələklər genetik olaraq Avropadakılardan fərqli və daha “bacarıqlı” zəhər istehsalçılarıdır.

Zəhər istehsalından məsul genlər zamanla çeşidlənmiş, yeni peptidlər (protein parçaları) yaratmağa başlamışdır.

Tək bir göbələk yetkin insanı öldürə biləcək qədər zəhərlidir.

Ekosistem üçün təhdid:

Göbələyin yayılma sürəti artıb; bir ağacın altında 40-dan çox göbələk müşahidə olunub.

Bu, yerli növlərə nisbətən “anormal sıxlıq” sayılır.

Yeni kimyəvi maddələrin insan sağlamlığına təsiri hələ tam öyrənilməyib, amma göbələk yeni mühitlərə uyğunlaşır və ekosistem üzərində təzyiqi artır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu