21 C
Baku
28 İyun 2025, 1:12
Baş xəbər

“Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı daim dövlət başçımızın diqqətindədir”-DEPUTAT YAZIR

“Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən 5 mart tarixi Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Ölkəmizdə Azərbaycanın idman cəmiyyəti üçün mühüm əhəmiyyət daşıyan Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə bütün idmançılarımızı, məşqçilərimizi və idmansevərləri təbrik edir, Azərbaycanın üçrəngli bayrağını hər zaman yüksəklərdə görmək arzusu ilə onlara yeni-yeni nailiyyətlər diləyirəm.
Onu da qeyd edim ki, ölkə rəhbərliyinin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı göz önündədir. İdmanın inkişafı istiqamətində görülən işlər, reallaşdırılan mühüm əhəmiyyətli layihələr, bölgələrdə istifadəyə verilən müasir idman kompleksləri, idmançılar üçün yaradılan yüksək şərait bir daha göstərir ki, Azərbaycan gənclərinin sağlamlığı dövlətimiz üçün prioritetdir və bu danılmaz faktdır. Beynəlxalq yarışlarda uğur qazanan idmançılarımızın ölkə başçısı tərəfindən qəbul edilməsini isə xüsusi vurğulamaq istərdim”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova öz Facebook hesabında yazıb.

“Böyük fəxarət hissi ilə onu da qeyd edim ki, prezidenti olduğum Dünya Alpaqut Federasiyası (DAF) – türksoylu xalqların ortaq mədəniyyətini və Turan Döyüş Sənətini inkişaf etdirən yeganə beynəlxalq idman təşkilatıdır. Dünya Alpaqut Federasiyasının 2022-ci il ərzində xarici ölkələrdə keçirdiyi tədbirlər, ölkəmizi yüksək səviyyədə təmsil etdiyi çempionat və yarışlar, DAF-ın ICSSPE və TAFISA kimi mötəbər beynəlxalq idman təşkilatlarına üzv qəbul edilməsi, Federasiyanın dünyada daha çox tanınması və inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər planını Alpaqut Turan Döyüş Sənətinin dünyada tanıdılmasına mühüm töhfə kimi dəyərləndirmək olar”,- deputat qeyd edib.

“O cümlədən vitse-prezidenti olduğum Azərbaycan Autizm Assosiasiyası tərəfindən autizmli uşaqlar arasında bocce, stolüstü tennis, yüngül atletika, futbol, velosiped idman növü üzrə yarışların keçirilməsi autizmli şəxslərin reabilitasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq onu da qeyd edim ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva autizm spektrli uşaqlara mütəmadi olaraq baş çəkir, onların təhsil və gündəlik qayğılarını daim diqqətdə saxlayırlar. Təbii olaraq Birinci vitse-prezidentimizin bu istiqamətdə apardığı siyasəti və Heydər Əliyev Fondunun reallaşdırdığı çoxsaylı layihələri təqdir edir, dəstəkləyir və bacardığımız qədər bu uşaqlara yardım etməyə çalışırıq.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı daim dövlət başçımızın diqqətindədir. Ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğını təqdir edir, bu istiqamətdə əlimdən gələni əsirgəmirəm. Təmsil etdiyim Salyan rayonunda idmançılarla görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, lazım olan köməkliyi göstərirəm. Salyan rayonunun Kürkənd kəndində AFFA-nın təşkilatçılığı, mənim şəxsi təşəbbüsümlə baş tutmuş futbol turniri, Salyan rayon boks məktəbində keçirilmiş boks turniri və s. digər yarışlar uşaq və gənclərimizin idmana marağını daha da artırmaq məqsədi daşıyıb. Çünki idman insana fiziki sağlamlıqla yanaşı, yüksək əhval-ruhiyyə və həyat eşqi bəxş edir.
Əminəm ki, hər il olduğu kimi, 2023-cü ildə də Azərbaycan idmançıları ölkəmizi dünyada ləyaqətlə təmsil edəcək, idmanın bütün istiqamətlərində yüksək nailiyyətlər qazanacaqlar. Azərbaycanın üçrəngli bayrağını hər zaman yüksəklərdə görmək arzusu ilə bütün idmançılarımızı bir daha təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayıram”,- o qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Pakistanda partlayış nəticəsində azı 5 polis əməkdaşı öldü

Aynur Camal

“Bu gün tv” 1 yaşını qeyd edir

Kəmalə Sultan

Park Cinemada “Patrul: Sonuncu Əmr” filminin qala gecəsi keçirilib – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu