10.7 C
Baku
27 Mart 2025, 21:42
Digər

Ş.Kazımlı: “Yük daşımalarında sığorta vacibdir”

Müqavilə şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zaman itkilərin olması ehtimalı var. Bəzənsə yüklərin xarab olması, hətta oğurlanması halları ilə də rastlaşırıq.
Bugun.tv xəbər verir ki, belə problemlərin ən optimal həlli yüklərin və yükdaşıyanın sığortasıdır.
Bu sığorta növü məhsulun avtomobil, su, dəmir yolları kimi müxtəlif nəqliyyat vasitələri ilə daşındığı zaman yarana biləcək zərərləri qarşılayır. Xərclərin miqdarı və mahiyyəti, təminata daxil olan hadisələr və ya istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi qaydalarla müəyyən olunur.
Sığorta üzrə ekspert Şahin Kazımlının sözlərinə görə, bu icbari deyil, könüllü sığorta növüdür. Bu səbəbdən istənilən hüquqi şəxslər, daşınma şirkətləri, yəni malı ixrac və ya idxal edən sahibkarlar, fərdi şəxslər yük sığortasından istifadə edə bilərlər. “Yük sığortasında qiymətin formalaşması bir neçə amillərdən asılıdır. Burada yükün xarakteri, marşurut, haradan hara gedir, daşıma vasitəsi, şirkətin və yaxud da sığortalı şirkətin zərər tarixçəsi araşdırılır. Buna uyğun da bir tarif çıxardılır. Sığorta növünün müddəti qarşılıqlı razılaşma əsasında formalaşa bilər”.
Əgər yükə hər hansı bir zərər dəydiyi aşkarlanarsa, bu zaman araşdırma aparılması üçün sığorta şirkətinə məlumat verilməlidir. Bununla yanaşı yükdaşıma sahəsində çalışan şəxslər də öncədən sığortalana bilərlər. “Yaxşı olar ki, sığortalı dərhal şirkətə müraciət etsin. Məlumat verəndən sonra sığorta şirkəti həmin əraziyə baxış keçirir. Ölkə daxilindədirsə, bu daha tez baş verir. Müəyyən sənədləşmə işləri və tədbirlər görülür. Daşıyıcıların məsuliyyət sığortası da mövcuddur. Bu iki cürdür. Quru daşımalarında daşıyıcıların məsuliyyəti sığorta altına alınır”.
Ekspert bildirir ki, birdə FFL sığortası var. Bu da geniş yayılıb. Yalnız quru daşıması deyil, hava, dəniz nəqliyyatı və digər nəqliyatlarda yük daşıyıcının məsuliyyətini sığortalayır. “Bildiyiniz kimi daşıyıcılar yükü qəbul etdikdən sonra mal sahibləri yükün sahibləri qarşısında məsuliyyət daşıyırlar. Bu məsuliyyəti də sığorta şirkətləri təbii ki, qarşılayırlar. Müqaviləyə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərsə, bu zaman o sığorta haqqlarını bütünlüklə sığortalıya qaytarmalıdır”.

Nigar Məmmədova

Oxşar xəbərlər

İranın İsrailə hücumuna reaksiyalar gəldi!

Teymur Əziz

Bakıda Mehmet Akif Ersoyun yubileyi keçirildi

Nigar Məmmədova

Ukraynada yaşayan soydaşlarımız Türkiyəyə yardım etdi-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu