Baş xəbər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Bugun.tv xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il aprelin 1-i saat 06:00-dək uzadılıb.

Mənbə: AzerTac

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu