22 C
Baku
3 İyun 2025, 11:25
Sosial

Azərbaycanın “2-ci Türk Ticarət Sərgisi”ndə Şimali Kipr Türk Cümhuriyyəti də iştirak edəcək

Azərbaycanın paytaxtı Bakı şəhərində 10-12 iyun tarixlərində “2-ci Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlığı Forumu və Sərgisi (Türk Ticarət Sərgisi)” keçiriləcək.

İlk dəfə 2024-cü il noyabrın 7-9-da İstanbulda keçirilən sərginin ikincisi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşlığı, Orta Ölçülü Sahibkarlar və Klublar Assosiasiyası (KOBSKA) ilə ROK Expo-nun təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət qurumlarının dəstəklədiyi sərgi vasitəsilə bu ölkələr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmət sahələrində əməkdaşlığın dərinləşdirilməsi hədəflənir.

20-dən artıq sektorda məhsul qrupları və yeni texnologiyaların nümayiş olunacağı sərgidə ölkələrin investisiya imkanları, strateji sahələri, iş dünyasının qarşılaşdığı problemlər və onların həll yolları mütəxəssis natiqlərin iştirakı ilə keçiriləcək konfranslarda müzakirə olunacaq.

İştirakçı şirkətlər arasında ikitərəfli görüşlər vasitəsilə strateji tərəfdaşlıqların qurulması və ortaq Türk brendlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Tədbirdə 11 ölkə iştirakçı kimi, 20-dən artıq ölkə isə ziyarətçi qismində iştirak edəcək.

Türk Ticarət Sərgisinin təşkilatçısı Aygün Əliyeva keçirdiyi mətbuat konfransında forum və sərgi çərçivəsində izlədikləri məqsəd və hədəflər barədə məlumat verib.

Əliyeva bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çoxşaxəli əməkdaşlığı xarici siyasətdən enerji sahəsinə, yaşıl iqtisadiyyatdan turizmə və kosmos tədqiqatlarına qədər bir çox sahəni əhatə edir.

Əməkdaşlığın Türk dünyasının birliyi baxımından əsas və dinamik bir faktor olduğunu vurğulayan Əliyeva qeyd edib: “Türk Ticarət Sərgisini özəl sektorun bu əməkdaşlıqdan birbaşa faydalana biləcəyi bir platforma kimi həyata keçirdik. Birgə səylərimizlə TDT-ni qlobal arenada güc mərkəzinə çevirməliyik. Bunu yalnız birlikdə bacararıq. Qardaş ölkələr olaraq ortaq əməkdaşlıq əsasında birliyimizi və inteqrasiyamızı artıraraq daha parlaq bir gələcəyə birlikdə addımlayacağıq”.

Mənbə: Bakı-Xeber

Aynur Camal

Oxşar xəbərlər

Ölkəmizdə sanitariya-gigiyena tədbirləri aparılır  

Kəmalə Sultan

Pulumuza necə qənaət edək?

Elnarə Dərziyeva

Birinci Qarabağ müharibəsinin itkin-şəhidinin anası evsizlikdən şikayət edir-VİDEOREPORTAJ

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu