11 C
Baku
21 Aprel 2026, 8:21
Baş xəbərSosial

“Sosial layihələr elm və təhsil işçilərinin rifahına xidmət edir”

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində sağlamlıqlarını bərpa etmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.

Fevral ayında ilk təşkilat sədrləri üçün həyata keçirilən xüsusi proqram çərçivəsində ailə üzvləri ilə birlikdə ümumilikdə 519 nəfər üç günlük müalicə paketindən yararlanıb. İştirakçılar üçün müalicəvi prosedurlar, sağlamlıq xidmətləri və müxtəlif əyləncəli proqramlar təşkil olunub.

Bununla yanaşı, ay ərzində 603 nəfər tur və ekskursiyalarda iştirak edərək asudə vaxtını səmərəli və maraqlı şəkildə dəyərləndirib.

Komitə sədri Araz Paşayev: Sosial layihələr elm və təhsil işçilərinin rifahına xidmət edir

Komitənin sədri Araz Paşayev bildirib ki, elm və təhsil sahəsində çalışanların sosial rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili həmkarlar ittifaqlarının fəaliyyətində əsas istiqamətlərdən biridir.

Onun sözlərinə görə, bu kimi sosial layihələr gələcəkdə də davam etdiriləcək.

Məlumatda o da qeyd edilir ki, ötən il elektron rezervasiya sistemi vasitəsilə 30 mindən çox elm və təhsil işçisi ailə üzvləri ilə birlikdə sanatoriya xidmətlərindən yararlanıb.

Mənbə: QaynarXett.az

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu