Kinomuzun Təhminəsi, türkiyəli aktrisa Meral Konrat Azərbaycandadır. Aktrisa 30 ildən sonra yeni filmə çəkilmək üçün ölkəmizə gəlib.
Bugun.tv xəbər verir ki, o, uzun illər keçməsinə baxmayaraq “Təhminə” filmini unutmadığını deyib. Həmin filmin qala gecəsində necə ağladığını xatırlayıb. “Təhminə” filminin qalası burada oldu, mən yox idim. O zaman çok zordu, məni dəvət edə bilmədilər. Rasim Ocaqov elə gözəl insan idi ki, dedi Türkiyədə də sənin üçün qala gecəsi keçirdərik”.
Sənətçi bildirib ki, Təhminə obrazını səsləndirən aktrisa Nəcibə Hüseynovanın dublyajını çox bəyənib. O, filmə səsli çəkildiyini, sonra üstünə dublyaj yazıldığını deyir. “Çox da gözəl dublyaj yapıldı, keyifli idi”,-Meral Konrat əlavə edib.
Aktrisa xalq artisti Fəxrəddin Manafovdan küsülü olması iddialarına da aydınlıq gətirdi. “Fəxrəddinlə biz çox gözəl çalışdıq. Rolları çox gözəl oynadıq, həyatda da çox gözəl dost olduq. Fəxrəddinə çox dəyər verirəm. Azərbaycanın çox önəmli oyuncularından biri. Çox sevdiyim insandır. Deyirlər ki, eşq yaşadınız? Elə bir şey yoxdur. Burada telefon nömrəsini itirdim. Onu çox görmək istərdim. Amma görüşmədik. Bəlkə filmimizin qalasına gəlir. Və ya görüşə bilərik. Ancaq görmək, oturub söhbət etmək istərdim. Bəlkə o da məni tapmaq istəyir. Çünki bilirəm ki, onun üçün mən, mənim üçün də o çox dəyərlidir”.
Xatırladaq ki, “Təhminə” filmini 1993-cü ildə çəkilib. Filmin rejissoru xalq artisti Rasim Ocaqov olub.
Mənbə: ATV
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri