33 C
Baku
3 Sentyabr 2025, 17:28
Baş xəbərDünya

“Azərbaycanlı qardaşlarımızla dialoq qapısını bağlamayaq”

Xarici Xəbərlər

“Azərbaycanlı qardaşlarımızla dialoq qapısını bağlamayaq”- İranın sabiq xarici işlər naziri Mənuçehr Mottəki deyib: “Hazırki vəziyyətdə Azərbaycanla münasibətlərimiz hər iki ölkənin düşmənləri, o cümlədən İsrail və ABŞ tərəfindən tamah və ədavətə uğrayıb, ona görə də bu fitnələr içərisində iki ölkə arasında münasibətləri qoruyub saxlamaq çətindir, lakin mümkündür”.

O, Azərbaycan səfirliyində baş verən insident və ondan sonra “şimal qonşunun davranışı” ilə bağlı bildirib: “Azərbaycan Respublikası bizim qonşumuzdur və aramızda ən çox tarixi, dini və mədəni ortaq cəhətlər var. Öz mövqeyimizi bəyan etməklə yanaşı, çəkindirici və təmkinli olmaq, azərbaycanlı qardaşlarımızla dialoq qapısını bağlamamaq lazımdır”.

“Ağıllı, qardaşlıq və xeyirxah qarşılıqlı fəaliyyət sayəsində Azərbaycana kömək etməliyik ki, yad qüvvələrin və üçüncü tərəfin alətinə çevrilməməsin. Bu, həm onların xeyrinədir, yaxşı münasibətin olması İslam Respublikasının da marağındadır”,- o, əlavə edib.(Fars News)

Aynur Camal

Oxşar xəbərlər

Netanyahu plan təqdim etdi

Könül Kərimova

“Məqsədim “Qalatasaray”ın baş məşqçisi olmaqdır”

Teymur Əziz

“Fikrət Əmirov 100” bədii-sənədli filmin nümayişi keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu