Baş xəbərDünya

Ukraynada raket hücumları nəticəsində azərbaycanlı ailə ölüb

Xarici Xəbərlər

Ukraynada müharibə davam edir. Kiyev və Çerniqov Belarus ərazisindən raket hücumlarına məruz qalıb. Məlumata görə, Xarkov, Xerson, Dnepropetrovsk, Zaporojye, Donetsk və Odessada da gərgin vəziyyət yaranıb.

Bu barədə Bakı TV- son vəziyyəti çatdırıb.

“Odessa vilayətində son vaxtlar Qara dənizdən hücumlar tez-tez baş verir. Rusiya ordusu donanmasının Odessaya demək olar ki, bütün raket hücumlarının qarşısı Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən alınıb”, – sayt yazıb.

Həmçinin Donetsk vilayətinin kəndlərindən birində azərbaycanlı Hacı Hacıyevin, onun həyat yoldaşı Ruslana və 16 yaşlı oğlu Ruslanın meyitlərinin tapıldığını bildirilib.

Aynur Camal

Oxşar xəbərlər

UNESCO irsi olan kəndi qoyunlar “ələ keçirdi” – təcili çoban axtarılır

Aynur Camal

ABŞ-dan 907-ci düzəlişlə bağlı xatirə hədiyyəsi

Aynur Camal

Çində göydə uzanan nəhəng bina: “Kristal” mühəndislik sərhədlərini aşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu