25 C
Baku
27 İyul 2024, 5:06
Baş xəbərHadisə

Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır 

Bugun.tv xəbər verir ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Azad edilmiş ərazidə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır. “Report” xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb. Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “Qazel” markalı maşının sürücüsü – 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “Kamaz” tipli yük maşınının sürücüsü – 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə-partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirildi

Teymur Əziz

Konqoda yenidən üsyançılarla döyüşlər başlandı

Aynur Camal

Ötən il Türkiyə ixracatı Cümhuriyyət tarixinin rekordunu qırdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu