25 C
Baku
20 İyul 2025, 0:12
Baş xəbərKriminal

Azyaşlı qızı vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanıldı 

Bugun.tv xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində moped sürücüsü yolu keçən azyaşlı qızı vurub. Hadisədən sonra nəmalum şəxs heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarətlər alan azyaşlıya tibbi müdaxilə edildilib. Müayinədən sonra azyaşlının vəziyyəti normallaşıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisə ilə bağlı əməliyyat tədbirləri keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən mopedin sürücüsü saxlanılıb .Onun əvvəllər də məhkum olunmuş Aydın Mahmudov olduğu müəyyən edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini bildirib. Həmçinin, qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını vurğulayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ-ın Kiyevə təklifi Krımın Rusiya kimi tanınmasını ehtiva edir

Aynur Camal

Keçmiş FTB agenti bunu bir-bir araşdırdı!

Aynur Camal

Sabah Ramazan ayının 28-ci günüdür

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu