13 C
Baku
20 Aprel 2026, 22:36
Digər

Azərbaycan Belçika və Niderlanda etiraz edib: “Qarabağ”la bağlı qərarlar ləğv olundu

Azərbaycan Belçika və Niderland parlamentlərində qəbul edilən qərarlara görə bu ölkələrin Bakıda fəaliyyət göstərən səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Belçikanın Bakıdakı səfiri Julien de Fraipont və Niderlandın səfiri Marianne de Jong ayrı-ayrılıqda nazirliyə dəvət olunublar.

Görüşlər zamanı aprelin 16-da Belçika və Niderland parlamentlərində qəbul edilən sənədlərə sərt etiraz bildirilib. Rəsmi Bakı hesab edir ki, həmin sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Ermənistanla davam edən sülh prosesini zədələməyə yönəlib.

Açıqlamada qeyd olunub ki, bu qərarlar tamamilə əsassız və qərəzli iddialar üzərində qurulub və bu, bəzi dairələrdə kök salmış anti-Azərbaycan mövqeyini açıq şəkildə göstərir.

Eyni zamanda vurğulanıb ki, sənədlərdə yer alan iddialar beynəlxalq hüququn pozulması və hüququn aliliyinə müdaxilə kimi qiymətləndirilir.

Görüşlərdə Azərbaycanın suveren əraziləri ilə bağlı əsassız fikirlər, Ermənistanın ərazi bütövlüyünün pozulduğuna dair iddialar, eləcə də erməni əsilli şəxslərin hüquqları və guya qanunsuz həbslərlə bağlı ittihamlar qətiyyətlə rədd edilib.

Diplomatların diqqətinə çatdırılıb ki, bu qərarların Azərbaycan və Ermənistan parlament rəhbərləri arasında keçirilən son görüşlə eyni vaxta təsadüf etməsi “paradoksal” xarakter daşıyır.

Azərbaycan tərəfi Belçika və Niderlandı öz parlamentlərindəki anti-Azərbaycan qrupların ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb.

Qeyd edək ki, Belçika və Niderland parlamentləri Qarabağı tərk edən ermənilərin geri qayıtması ilə bağlı qərarlar qəbul etmişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Təzyiqi azaltmağa kömək edən 4 qoz növü açıqlanıb

Aynur Camal

ChatGPT-nin bazar payı azalır: Gemini və Claude sürətlə irəliləyir

Aynur Camal

Trampdan İranla bağlı sərt xəbərdarlıq: “Razılaşma olmazsa, çoxsaylı bombalar tətbiq oluna bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu