Baş xəbər

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib.

Məlumatına görə, keçirilən rəqabətli səsvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb və 2025-2027-ci illər üzrə 3-cü dəfə Şuranın üzvü olacaq.

İlk dəfə 2003-2005-ci illərdə, ikinci dəfə 2017-2019-cu illərdə İqtisadi və Sosial Şuranın üzvü olub. Azərbaycanla yanaşı, daha 20 ölkə Şuraya üzv seçilib.

İqtisadi və Sosial Şura BMT-nin 6 əsas orqanından biridir. Şura 1945-ci il iyunun 26-da qurulub və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, 9 funksional və 5 regional komissiyalarının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.

Azərbaycanın bu gün rəsmən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP) sədr vəzifəsinin icrasına başlaması ilə yanaşı, BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təzahürüdür.

Mənbə: azertag.az

Bugün TV

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu