22 C
Baku
3 İyun 2025, 12:05
Səhiyyə

Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirildi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 9-cu Konfransı baş tutub.

Lənkəran şəhərində keçirilən bu tədbirin əsas məqsədi torlu qişa (retina) xəstəlikləri sahəsində aparılan elmi-tibbi araşdırmaların paylaşılması, bu sahədə əldə olunan nailiyyətlərin müzakirəsi, həmçinin regionlarda çalışan retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxışının təmin edilməsidir.

Həmçinin Bugun.tv – yə daxil olan məlumata əsasən, konfransın açılışında Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru Müşfiq Kərimov çıxış edib.

Konfrans çərçivəsində aşağıdakı mövzular üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirilib və geniş elmi müzakirələr aparılıb:

  • • Optik neyropatiyalarda optik koherens tomoqrafiya (OKT) müayinəsinin xüsusiyyətləri
  • • Vərəm uveiti və onun diaqnostik yanaşmaları
  • • Eksimer lazer cərrahiyyəsindən sonra torlu qişanın qopması halları və profilaktik tədbirlər
  • • 1-ci və 2-ci tip makulyar teleangiektaziyaların klinik xüsusiyyətləri və müalicə strategiyaları
  • • Torlu qişanın irsi xəstəliklərinin diaqnostikasında flüoressein angioqrafiyasının əhəmiyyəti və tətbiqi və digər aktual məsələlər

Məruzələrlə t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Səbinə Məcidova, t.ü.f.d. Bənövşə Haçıyeva, t.e.d. Tural Qəlbinur, dr. Günay Rüstəmbəyova, t.ü.f.d. Qurban İsmayılov, t.ü.f.d. Aişə Şahmalıyeva, t.e.d. Müşfiq Kərimov, t.ü.f.d. Lalə Axundova, dr. Şahin Novruzlu, dr. Ruslan Məmmədov, dr. Mədinə Fərziyeva, dr. Tərlan Əliyeva, dr. Gülnar Əliyeva, dr. Aysel Əliyeva, dr. Nuranə Hümmətova və dr. Aygül Kərimzadə çıxış ediblər.

Konfransın sonunda maraqlı məruzələrlə seçilən iştirakçılar arasında müsabiqə keçirilib. Müsabiqəyə t.ü.f.d. Xalid Əliyev və dr. Emin Əlihüseynli moderatorluq ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Doğum göstəriciləri aşağı səviyyəyə düşdü

Bugün TV

Soyuq duş ürək xəstələrində ciddi problemlər yarada bilər

Kəmalə Sultan

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində çalışan psixiatrlar üçün təlimlər təşkil edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu