Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Qeyd edək ki, Natiq Əliyev 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib.
N.Əliyev həm də professor, Heykəltəraşlıq kafedrasının emalatxanasının müdiri, Azərbaycan Rəssamlıq Akademiyasının Bədii-Metodik Şurasının sədridir.
