Baş xəbərSəhiyyə

Azərbaycanda ilk dəfə olaraq Ştargardt xəstəliyinin irəliləməsinin qarşısını almaq üçün kök hüceyrə müalicəsi tətbiq olundu

Bugun.tv xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində irsi tor qişa xəstəliyi olan Ştargardt xəstəliyinin irəliləməsinin qarşısını almaq üçün Azərbaycanda ilk dəfə olaraq kök hüceyrə müalicəsi tətbiq olunub.

Yeni Gundem-in məlumatına görə, Mərkəzin oftalmoloq-cərrahı, Rəvanə Həsənova tərəfindən Ştarqardt (gündüz görmənin itirilməsi) əziyyət çəkən pasiyentin gözünə kök hüceyrələrin cərrahi köçürülməsi uğurla aparılaq, Azərbaycanda ilk belə əməliyyat icra olunub. Əməliyyat tam təhlükəsiz şəkildə icra olunur və heç bir yan təsirləri yoxdur.

Ştarqardt xəstəliyi irsi genetik xəstəlikdir. Əsasən qohum nikahlardan doğulmuş uşaqlarda çox rast gəlinir. Xəstəlik həyatın ilkin dövründən başlayaraq, gündüz görmənin itirilməsinə gətirib çıxarır. Dünyada müalicəsində hal -hazırda kök hüceyrə müalicəsindən istifadə olunur.

Kök hüceyrə müalicəsi artıq dünyada tor qişa xəstəliklərində 10 ildən çoxdur ki tətbiq olunur.Xəstələrin görməsinin saxlanılmasına və hətta artmasına kömək olan yeganə, ümid vədd edən müalicə üsuludur.

Bugün TV

Oxşar xəbərlər

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

Ürək ritminin pozulmasına qarşı yeni preparat hazırlandı – sınaqlar noyabrda başlaya bilər

Aynur Camal

Ərdoğan: XXI əsr “Türk dünyasının əsri” olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu