29 C
Baku
28 İyun 2025, 21:11
Digər

Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab…

Azərbaycanda valideynlərin yeni doğulan uşaqlar ına meyvə adlarının verilməsinin sayı artıb.

BuGun.tv – nin Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatlara görə son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib. Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar. 1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, eyni zamanda Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib. Valideynləri yeni doğulan 4 körpəyə Badam adı, 2 uşağa Badamxanım adı qoyulub. 15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək. Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir. Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.

Aynur Camal

Oxşar xəbərlər

Saldo: “Ukrayna hərbçilərinin genişmiqyaslı hücum üçün kifayət qədər resursu yoxdur”

Nigar Məmmədova

Uroloq Araz Bayramova qarşı iddiaya əsasən keçirilən Apellyasiya məhkəməsi davam edir – Telejurnalistin həyat yoldaşı niyə böyrək əməliyyatından beyin insultu ilə ayıldı?

Bugün TV

Hacıqabulda 4 bala yaxın zəlzələ qeydə alındı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu