21 C
Baku
8 Oktyabr 2024, 3:59
Digər

Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab…

Azərbaycanda valideynlərin yeni doğulan uşaqlar ına meyvə adlarının verilməsinin sayı artıb.

BuGun.tv – nin Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatlara görə son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib. Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar. 1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, eyni zamanda Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib. Valideynləri yeni doğulan 4 körpəyə Badam adı, 2 uşağa Badamxanım adı qoyulub. 15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək. Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir. Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.

Aynur Camal

Oxşar xəbərlər

İtaliyada Ramazan bayramı keçirmək istəyən məktəb direktorunun məsələsi müzakirəyə çıxarıldı

Aynur Camal

QHT “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” layihəsini həyata keçirir

Bugün TV

Avtomobil qəzasında həlak olan hərbi qulluqçularına şəhidlik statusu veriləcək

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu