Baş xəbərİqtisadiyyat

“Azərbaycanın qaz ehtiyatları ölkənin tələbatını və ixracını 100 il təmin edə bilər”

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Deputat sosial media hesabında paylaşdığı şərhdə qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın mövcud qaz ehtiyatları ən azı növbəti 100 il ərzində həm ölkənin, həm də tərəfdaş dövlətlərin tələbatını qarşılamaq potensialına malikdir.

Vüqar Bayramovun sözlərinə görə, müxtəlif beynəlxalq qurumlar və enerji şirkətləri tərəfindən təqdim olunan qiymətləndirmələrdə müəyyən fərqlər olsa da, Azərbaycan dünyanın ən zəngin təbii qaz ehtiyatlarına malik ölkələri sırasında yer alır. O bildirib ki, “EnergyNow Media” təşkilatının qiymətləndirməsinə əsasən, Azərbaycan qaz ehtiyatlarının həcminə görə dünyada ilk 12 ölkə arasında qərarlaşıb.

Deputat qeyd edib ki, BP şirkətinin hesablamalarına görə, Azərbaycanda kəşf edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetr təşkil edir. ABŞ Enerji İnformasiya İdarəsi isə ölkənin qaz ehtiyatlarının 2 trilyon kubmetrdən çox olduğunu qiymətləndirir.

Onun sözlərinə görə, müstəqil ekspertlərin hesablamalarında təsdiqlənmiş və proqnozlaşdırılan ehtiyatlar birlikdə təxminən 3 trilyon kubmetrə çatır. Bu həcm Azərbaycanın daxili tələbatını və ixrac öhdəliklərini qarşıdakı bir əsr ərzində təmin etmək üçün kifayət hesab olunur.

Vüqar Bayramov qaz hasilatında da artım dinamikasının müşahidə olunduğunu vurğulayıb. O bildirib ki, 2025-ci ildə Azərbaycanda ümumi təbii qaz hasilatı 51,5 milyard kubmetr təşkil edib. Əmtəəlik qazın həcmi isə 39 milyard kubmetrə yaxın olub.

Deputat qeyd edib ki, bu göstəricilər Azərbaycanın dünyada ən çox qaz hasil edən ilk iyirmi ölkə sırasında yer almasına imkan verir. Onun fikrincə, son illərdə hasilatın davamlı artması ölkənin enerji sektorundakı mövqeyini daha da möhkəmləndirir.

Vüqar Bayramov hesab edir ki, mövcud ehtiyatlar və hasilat dinamikası Azərbaycanın uzun illər enerji istehsalçısı və ixracatçısı ölkə statusunu qoruyub saxlayacağını göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Üzən adalar göllərin təmizlənməsinə kömək edir

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək

Aynur Camal

Ekspert: Rusiya Talibanı Ukrayna müharibəsinə cəlb etməyə çalışa bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu