Baş xəbərSiyasət

Ekspert: Rusiya Talibanı Ukrayna müharibəsinə cəlb etməyə çalışa bilər

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiya ilə Taliban arasında hərbi əməkdaşlıq müqaviləsinin imzalanmasının Kremlin Ukrayna ilə bağlı planlarının bir hissəsi ola biləcəyini bildirib.

Ekspert sosial media hesabında paylaşdığı şərhdə qeyd edib ki, dövlətlər arasında hərbi əməkdaşlıq normal hal sayılsa da, beynəlxalq təcrid şəraitində olan Taliban rəhbərliyi ilə məhz indiki mərhələdə belə bir sazişin bağlanması müəyyən suallar doğurur.

Onun sözlərinə görə, hazırda Taliban rəhbərliyi ilə yalnız məhdud sayda ölkə siyasi və iqtisadi əlaqələr saxlayır. Bu baxımdan Rusiyanın Talibanla yaxınlaşması ilk növbədə Moskvanın strateji maraqları ilə əlaqələndirilir.

Məhəmməd Əsədullazadə hesab edir ki, Kreml bu əməkdaşlıq vasitəsilə Əfqanıstandakı potensial insan resurslarından yararlanmağa çalışa bilər. Ekspertin fikrincə, Ukrayna müharibəsində iştirak etmək üçün muzdlu əfqan döyüşçülərin, eləcə də Talibanın silahlı strukturlarında təcrübə qazanmış şəxslərin cəlb olunması ehtimalı mövcuddur.

Siyasi şərhçi bildirib ki, Taliban rejiminin Rusiyadan genişmiqyaslı silah alışını maliyyələşdirmək imkanları məhduddur. O vurğulayıb ki, Əfqanıstanda davam edən ağır sosial-iqtisadi böhran səbəbindən yaxın perspektivdə Rusiyanın bu ölkədə hərbi baza yaratması və ya geniş hərbi infrastruktur qurması real görünmür.

Ekspertin qənaətinə görə, mövcud şəraitdə tərəflər arasında hərbi əməkdaşlığın əsas məqsədi Rusiyanın Ukrayna müharibəsində əlavə canlı qüvvəyə olan ehtiyacını qarşılamaq ola bilər. Bunun müqabilində isə Moskvanın Taliban rejiminə maliyyə və ərzaq dəstəyi göstərməsi mümkündür.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək

Aynur Camal

“Azərbaycanın qaz ehtiyatları ölkənin tələbatını və ixracını 100 il təmin edə bilər”

Aynur Camal

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu